• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Avstriya, Litva və Rumıniyanın XİN rəhbərləri Bakıda görüşəcəklər

SİYASƏT

24 Iyun 2021 | 22:16

Avstriya, Litva və Rumıniyanın XİN rəhbərləri Bakıda görüşəcəklər

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsberqis və Boqdan Auresku Azərbaycana səfər yola düşüb.

Bu barədə Rumıniyanın xarici işlər naziri "Twitter"də bildirib.

Xatırladaq ki, nazirlər 25-26 iyun tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstanda yüksək səviyyəli görüşlər keçirəcəklər. Onlar Bakıdan sonra İrəvana və Tbilisiyə səfər edəcəklər. İyunun 26-da Gürcüstanda səfərin yekunları ilə bağlı mətbuat konfransı olacaq.

XİN rəhbərləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə regiona səfər edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR