• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyanın sülh Bəyanatının arxasında təxribat gizlənirmiş

SİYASƏT

24 Iyul 2021 | 11:30

Paşinyanın sülh Bəyanatının arxasında təxribat gizlənirmiş

Ötən günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında Azərbaycanla sülh danışıqlarına hzır olduğunu bildirdi.  

Dünən Zəngəzurda başlayan atışma bir daha ermənilərin necə xislətə malik olduqlarını sübut etdi. Paşinyanın sülh Bəyanatının arxasında təxribat gizlənirmiş.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan fikirlərini tez-tez dəyişən siyasətçilərdəndir: “Ona görə də onun atdığı hər hansısa addıma inanmaq olmaz. Dünən bir söz deyir, bu gün bir söz. Paşinyan qeyri-ciddi bir siyasətçidi. Moskvaya gdib gəldikdən sonra fikirləşdi ki, sülh imzalamaq lazımdır, bir tərəfdən də Qərbdən, daha çox da Fransadan dəstək almağa çalışır ki, işləri pozsun. Cəbhə bölgəsinə gəldikdə isə, mən gərginliyin artacağını gözləyirdim”.


Politoloq qeyd edib ki, nə qədər ki, sülh sazişi yoxdur, bu gərginlik davam edəcək: “Ermənilər əgər öz müqavimət gücünü göstərmək üçün bu atəşkəsi pozurlarsa, deməli biz daha da artıq onlara təzyiq etməliyik. Biz həm psixoloji, həm də hərbi təzyiqi getdikcə artırmalıyıq. O vaxta qədər ki, sülh sazişi imzalansın, sənədlər müəyyənləşin və Zəngəzur dəhlizi işə düşsün. Sülhməramlılarla bağlı isə onu demək istəyirəm ki, onlar Qarabağda seperatçıları tərki-silah etmək üçün ordadılar, amma görünən odur ki, bu, başvermir. Biz sülhməramlıların bölgədən çıxarılmasını tələb etməliyik. Onlara beş illik müddət verilib. Artıq bir ili gedib, dördü ildən sonra bu, bizim haqımızdır. Çünki Bəyənnamədə də beş il yazılıb. Onların seperatçıları tərki-silah etmək fikirləri yoxdur, bunu biz edəcəyik”.

“Bu dörd il ərzində sülh imzalanıb-imzalanmayacağı ilə bağlı onu deyə bilərəm ki, Paşinyanın mövqeyi və Rusiyanın siyasətindən çox şey asılıdır. Rusiya tərəfi bir tərəfdən deyir ki, guya bu sazişə maraqlıdır, digər tərəfdən biz Rusiyanın Ermənistan hakimiyyətinə kifayət qədər təzyiq etdiyini görmürük. Təzyiq olsa Ermənistan başqa heç bir adım ata bilməz və sülh sazişini qısa müddət ərzində imzalamaq məcburiyyətində qala bilər” – deyə, Elxan Şahinoğlu bildirib.

Nuranə Daxilqızı  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026