• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sanksiyaların cavabı sərt olacaq - Rusiyadan ABŞ-a hədə

SİYASƏT

22 Avqust 2021 | 16:50

Sanksiyaların cavabı sərt olacaq - Rusiyadan ABŞ-a hədə

Moskva ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalarını ikitərəfli əlaqələr qurmaq məsələsində istəksizlik olaraq dəyərləndirir”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarixi İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O qeyd edib ki, Vaşinqtonun son sanksiyalarının cavabı sərt olacaq:

“Co Bayden administrasiyasının belə düşməncəsinə hərəkətlərinin siyasi iradə çatışmazlığından və Rusiya-ABŞ əlaqələrini əməkdaşlıq təməlində inşa etmək məsələsindəki istəksizlikdən qaynaqlandığını düşünürük. Vaşinqton Rusiyaya təzyiq göstərməyin faydasız olacağını bildiyi halda, həqiqətdən uzaq mövqeyindən əl çəkmir”.

“Cenevrə Zirvəsinin ruhuna və dövlət başçılarının əldə etdiyi razılaşmalara zidd olaraq, Vaşinqton ölkələrimizin beynəlxalq arenada əməkdaşlıq və koordinasiyanı artırmalı olduğu bu çətin dönəmdə Rusiyaya uydurma bəhanələrlə yeni sanksiyalar tətbiq edir. Bu, ABŞ-ın Əfqanıstandakı proqnozlaşdırılmayan nəticələrlə dolu ən böyük xarici siyasət uğursuzluğu şərtlərində edilir”, - XİN rəsmisi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR