• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

SİYASƏT

23 Avqust 2021 | 10:32

Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Qroznı şəhərinə yola düşüb.

QMİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb.

Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026