ABŞ-də ayı kostyumu geyinən və vətəndaşların avtomobillərini zədələyən 4 nəfər sığorta dələduzluğunda şübhəli bilinərək saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında baş verən hadisədə şübhəlilərin zədələnmiş avtomobillərə görə sığorta şirkətindən ödəniş almaq üçün saxta zərər hesabatı hazırladıqları iddia edilib.
İddialara görə, ayı kostyumu geyinən şəxs bilərəkdən bir neçə avtomobilə ziyan vurub. Hadisə nəticəsində 4 nəfər saxlanılıb.
Saxlanılan şübhəlilərlə bağlı istintaq davam edir. Polisin hadisə ilə bağlı dəlil toplamağa davam etdiyi bildirilib.
Əli Hüseynov