• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ayın yeni görüntüləri paylaşıldı - FOTO
 

DÜNYA

24 Fevral 2024 | 11:50

Ayın yeni görüntüləri paylaşıldı - FOTO 

Aya enən ABŞ-ın pilotsuz kosmik gəmisi Odissey Aydan görüntüləri paylaşıb.

Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ-ın özəl şirkəti Intuitive Machines tərəfindən hazırlanan "Odysseus" kosmik gəmisinin Aya enişi və hazırkı vəziyyəti ilə bağlı verilən açıqlamada Odisseyin vəziyyətinin yaxşı olduğu qeyd olunub. Uçuş nəzarətçiləri əlaqə qurur və elmi məlumatları yükləmək üçün vasitəyə əmr verirlər. Landerin telemetriyası və günəş enerjisi ilə doldurulması yaxşıdır” deyilib. 

İnertial ölçmə sensorları gəminin gövdəsinin üfüqi vəziyyətdə olduğunu göstərdikdən sonra Intuitive Machines şirkətinin CEO-su və qurucularından Steve Altemus mövzu ilə əlaqədar etdiyi şərhdə vasitənin niyə üfüqi vəziyyətdə olduğunu bilmədiklərini deyib. Lakin eniş zamanı hələ də bir qədər yanal hərəkət olduğu üçün səthdə büdrəyib düşmüş ola bilər. Odisseyin eniş zamanı ayağının birinin sınması da düşünülən ehtimallar arasında idi.

Qeyd edək ki, 22 fevral 2024-cü “Odysseus”  planlaşdırılan eniş yerindən, təxminən, 200 km məsafədə, 10 km hündürlükdə Ayın Şomberger kraterinin geniş sahəli şəklini çəkib. 

Ay Tac

 

SON XƏBƏRLƏR

26 Iyul 2024