• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ayxan Hacızadə Almaniya XİN başçısına cavab verdi

CƏMİYYƏT

01 Sentyabr 2023 | 14:19

Ayxan Hacızadə Almaniya XİN başçısına cavab verdi

“Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X”də Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib: "Bu baxımdan Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi ifadələr erməni təbliğatının məhsuludur".

Qeyd edək ki, A.Berbok daha əvvəl Qarabağda fəlakətli vəziyyətin hökm sürdüyü bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026