“İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
K.Əliyev iranlı həmkarından bu ölkədə məhkum olunan Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxmağı xahiş etdiyini bildirib: “O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq. Humanizm prinsiplərindən çıxış edərək prokurorluq öz mövqeyini ortaya qoyacaq”.