• Bakı 14° C

    1.99 m/s

AZAL daha iki şəhərə uçuşlara başlayır

CƏMİYYƏT

20 Iyul 2023 | 11:58

AZAL daha iki şəhərə uçuşlara başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə Bakıvaxtı.az-a AZAL-dan bildirilib.

Məlumata görə, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə reyslər çərşənbə və şənbə günləri, Bakı-Dammam-Bakı marşrutu üzrə reyslər isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Hazırda AZAL Səudiyyə Ərəbistanının Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytından, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.


AZAL daha iki şəhərə uçuşlara başlayırAZAL daha iki şəhərə uçuşlara başlayır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR