"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Qazaxıstanın “Air Astana” şirkəti arasında kommersiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.
“Air Astana” şirkətinin prezidenti və baş icraçı direktoru Piter Foster ilə faydalı bir görüş keçirdik.
Görüş zamanı regiondakı sərnişin aviadaşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, iki aviasiya tərəfdaşı arasında kommersiya əməkdaşlığının genişləndirilməsi mövzusunu da müzakirə etdik”
Ötən il ərzində AZAL Qazaxıstanın Almatı, Aktau və Astana şəhərlərinə 845 uçuş (gediş-gəliş) həyata keçirilməklə 200 mindən çox sərnişinin daşınmasını təmin edib. Bu nəticə tərəflər arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır”, - paylaşımda qeyd edilib.
Bakı 




