• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

AZAL-ın prezidenti: Təyyarə oktyabr ayında tam təmirdən çıxıb

HADİSƏ

26 Dekabr 2024 | 12:48

AZAL-ın prezidenti: Təyyarə oktyabr ayında tam təmirdən çıxıb

Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Pilotlarımız peşəkar olub, onların 10 min saatdan çox uçuş ediblər.

    Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.

    “Təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb”, - Samir Rzayev bildirib.

    Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

    Qəzanın səbəbləri araşdırılır.


    SON XƏBƏRLƏR

    26 Dekabr 2024