• Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

AZAL ölənlərin ailələrinə maddi kompensasiya ödəyəcək: 40 min manat 

CƏMİYYƏT

26 Dekabr 2024 | 20:57

AZAL ölənlərin ailələrinə maddi kompensasiya ödəyəcək: 40 min manat 

AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Azaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.


SON XƏBƏRLƏR

26 Dekabr 2024