• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Azərbaycan atleti Serbiyada qızıl medal qazandı

İDMAN

15 Fevral 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Azərbaycan atleti Serbiyada qızıl medal qazandı

Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqrad şəhərində qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,3 metr məsafə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026