Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti uğur qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, C divizionunda mübarizə aparan yığmamız A qrupunun sonuncu matçında Kiprlə üz-üzə gəlib.
Görüş yığmamızın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da yığmamız Avropa çempionatının qrup mərhələsini başa vurub.
Əli Hüseynov
















