• Bakı 26° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı yolundan döndərməyə çağırır

CƏMİYYƏT

18 Sentyabr 2023 | 17:39

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı yolundan döndərməyə çağırır

"Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkəninki qədər vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

"Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur.

Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir", - brifinqdə vurğulanıb.


SON XƏBƏRLƏR

20 Iyul 2024