• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

HƏMAS - İsrail müharibəsi dünyanın texnoloji elitasını da parçalayıb

CƏMİYYƏT

18 Oktyabr 2023 | 16:15

HƏMAS - İsrail müharibəsi dünyanın texnoloji elitasını da parçalayıb

"Gələn ay Lissabonda dünyanın ən nəhəng texnoloji forumu - Web Sammit keçirilməsi nəzərdə tutulub".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert bildirib ki, lakin bu tədbirin təşkilatçılarından birisinin, Peddi Kosqreyv-in sosial mediada Fələstini müdafiə edən və İsraili tənqid edən paylaşımları nəinki onu pis vəziyyətə salıb, artıq Web Sammitin də baykot edilməsi çağırışlarına rəvac verib: "X sosial şəbəkəsində bununla bağlı müzakirələr çox qızışıb. Tanınmış bir çox qlobal investorlar, VC və İT şirkərət rəhbərləri, global şirkətlərin rəhbərləri Sammitə qatılmaqdan imtina ediblər".

Onun sözlərinə görə, sonradan Peddi və Web Sammit rəsmiləri bir qədər tolerant və yumşaq münasibətlər sərgiləsələr də İsrail tərəfi bu texnoloji Sammitdən imtina edib: "Və başqalarını da boykota səsləyib. Kimlərin onlara dəstək verərək Sammitə qatılmayacağını isə gələn ay görəcəyik. Artıq belə görünür ki, qlobal texnoloji elitadakı parçalanma mənfi nəticələrə səbəb olacaq, işlər öz təbii axarında getməyəcək, qlobal güclərin siyasi -ideoloji maraqları texnoloji inkişafı əngəlləyəcək. Bütün bunlar isə heç bir halda doğru bir yanaşma deyil. Ümid edirəm, İsraili dəstəkləməyən startapların qlobal müstəvidə investisiya almaq və maliyyə resurslara çıxış imkanlarında problemlər yaşanmayacaq. Hansı ki, bunun çox çətin olacağı indidən görsənir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR