• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan alüminium ixracını ARTIRIB

CƏMİYYƏT

17 Noyabr 2023 | 14:18

Azərbaycan alüminium ixracını ARTIRIB

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 166 537,4 min ABŞ dolları dəyərində 63 518,46 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,5% azalıb, həcmi isə 23,2% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,14% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026