• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bir çoxları soyuqdəymə şikayətləri olan kimi..." - Ekspert

CƏMİYYƏT

18 Oktyabr 2023 | 17:24

"Bir çoxları soyuqdəymə şikayətləri olan kimi..." - Ekspert

“Bir çoxları soyuqdəymə şikayətləri olan kimi, dərhal reseptsiz dərmanlara müraciət edirlər. Amma bunlar həmişə tamamilə təhlükəsiz deyil. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib. 

Mütəxəssis-ekspert bildirib ki, qrip kimi  viral, həmçinin bakterial infeksiyalarda da  özbaşına antibiotik istifadə olunması yəqin ki, hərkəsə məlumdur:

“Belə olan hallarda orqanizmin antibiotiklərə davamlılığı yaranır, hətta daha təhlükəli yan təsirlərə səbəb ola bilər. Adi boğaz ağrısında istifadə olunan pastillərin boğaz ağrısına qarşı təsirinin olub-olmaması belə mübahisəlidir. Onlar hətta selikli qişanın bakterial florasını məhv edə bilərlər. Burun axıntısında istifadə olunan burun spreylərinin 1 həftədən artıq istifadəsi, burun selikli qişasını quruda bilər. Bunun əvəzinə duzlu su ilə sprey, çobanyastığı ilə buxar hamamı daha etibarlıdır və daha yaxşı nəfəs almağa kömək edə bilər”.

İmran Qurbanov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026