• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur

CƏMİYYƏT

17 Noyabr 2023 | 16:31

Bakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur

"Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

O bildirib ki, bununla bağlı monitorinq aparılıb: "Bu, əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlardır. Bakının Xəzər, Nərimanov, Binəqədi rayonu ərazisində kütləvi quruma baş verir. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən dəvət olunan mütəxəssislər gətirilib və monitorinqlər aparılıb. Xəstəlik və zərərvericilər aşkarlnaıb. Həmin quru ağacların götürülməsi ilə bağlı Ekologiya vəTəbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilib. Quru ağaclar götürülür, həmin ərazi dərman prepatları ilə dezinfeksiya edilir, sonra yerinə yeni tinglər əkilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR