• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Faktiki hava AÇIQLANDI

CƏMİYYƏT

17 Noyabr 2023 | 16:48

Faktiki hava AÇIQLANDI

Noyabrın 17-si saat 16:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Naxçıvan, Şərur, Culfa, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Qobustan, Sabirabad, Ağsu, Ağdam, Xaçmaz, Cəfərxanda yağış, Qusar, Xınalıq, Şahdağ, Qrız, Göygöl və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 22 m/s, Mingəçevirdə 21 m/s, Zərdab, Ceyrançöldə 18 m/s, Astara, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026