• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaqatalada qızılca xəstəliyi yayılıb

CƏMİYYƏT

17 Noyabr 2023 | 17:08 | Müəllif: Qalib İbrahimoğlu

Zaqatalada qızılca xəstəliyi yayılıb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir: "Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026