Gürcüstan, Türkmənistan, Azərbaycan və Rumıniya Qara dəniz və Xəzər dənizi arasında yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Rəsmilər hələlik layihə ilə bağlı əlavə məlumat verməyiblər.
Yeni nəqliyyat marşrutunun 12 dekabrda Baş nazir İrakli Kobaxidzenin Türkmənistana səfəri zamanı müzakirə edildiyi iddia edilir.
Bakı 



