“Regionumuzun həlledici və kilid ölkəsi olan Azərbaycan bu gün nəinki Avropa, hətta dünya üçün böyük əhəmiyyətə malik ölkəyə çevrilib”.
Bunu Bakıvaxtı.az-a millət vəkili Məlahət İbrahimqızı bildirib.
Deputattın sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin bugünlərdə Çexiyanın Praqa şəhərində “Avropa Siyasi Birliyi” Zirvəsində iştirakı, ölkəmizin mətbuat nümayəndələrinə verdiyi müsahibə, eləcə də, Zirvə çərçivəsində keçirilən dəyirmi masadakı çıxışı diplomatiyamızda qazanılan ən böyük uğurlardır: “Daha dəqiq desək, xalqımızın əvəzedilməz lideri, cənab İlham Əliyevin müdrik və uzaqgörən diplomatiyasını və qazanılan bu uğurlar dövlətimizin beynəlxalq aləmdə nüfuzunu və gücünü gündən-günə daha da gücləndirir”.
Zirvədə 44 ölkənin dövlət və hökümət başçıları və yüksək təmsilçilər iştirak edib. Zirvənin keçirilməsinin əsas məqsədi dünyada baş verən dünyada baş verən geosiyasi proseslər, qlobal təhlükələr, bu gün və gələcəkdə Avropanın üzləşdiyi problemlər və yeni çağırışların müzakirəsi, birgə səylərlə gələcəyin yol xəritəsinin müəyyənləşdirilməsi və s.

M.İbrahimqızı bildirib ki, “Avropa siyasi birliyi” Zirvə Toplantısının iştirak edən prezident İlham Əliyev “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində çıxış edib: “Dövlətimizin başçısı çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən və Ermənistanın rəsmi olaraq məğlubiyyətindən sonra bölgəmizdə yaranmış yeni vəziyyət, ötən işğalı dövründə təcavüzkar Ermənistan tərəfindən törədilmiş dağıntı və vəhşiliklər haqqında iştirakçılara məlumat verdi. Prezidentimiz bu işğal müddətində beynəlxalq təşkilatların biganəliyi və işğala münasibətdə tətbiq edilən ikili standartları tənqid edərək, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn, eləcə də ərazi bütövlüyü prinsiplərinin əsas götürülməsinin zəruriliyini bildirib. Bununla bərabər o, çıxışında müharibədən həmən sonra Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması məqsədilə sülh müqaviləsinin imzalanması və Azərbaycan tərəfinin irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsipləri vurğulayaraq onun iki ölkə üçün, bütövlükdə bölgə üçün əhəmiyyətini bildirdi. Prezident çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının və rəhbərliyinin vasitəçilik missiyasını və Aİ-nin təşəbbüsü ilə keçirilən görüşlərin mühümlüyünü və görüşlərin uzun müddətə deyil yaxın vaxtlarda yekunlaşmasının vacibliyini bildirdi. Dövlətimiz başçısı yüksək səviyyəli təmasların davam etdirilməsinin, iki ölkənin xarici işlər nazirlərinin baş tutmuş ilk görüşünün və tezliklə sülh müqaviləsinin mətninin hazırlanması üçün işçi qruplarının bir araya gəlmələrini bildirdi. Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması məqsədilə aparılan proseslərin zəruriliyi qeyd edən İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ilə Türkiyə-Ermənistan arasındakı normallaşma prosesinin bir-birini tamamlayan bir proses olduğunu bildirib”. Deputatın sözlərinə görə, prezident bu iki prosesin uğurla başa çatmasını qeyd edərək, bölgədə sülhün, sabitliyin və əmin-amanlığın qarantı adlandırıb: “İştirak etdiyi bütün yüksək səviyyəli, mötəbər tədbirlərdə zamanın çağırışlarına cavab verən təklif və təşəbbüslərlə çıxış edən prezident eyni zamanda Cənubi Qafqazda təhlükəsizliyin, davamlı sülhün və inkişafın təmin olunması üçün yeni formatın daha doğrusu siyasi, iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edən Azərbaycan-Gürcüstan-Ermənistan müzakirə platformasının yaradılmasının gündəmə gətirib. Sözsüz ki, dövlət başçımızın hər xarici səfəri ölkəmizin gələcək inkişafında və xalqımızın rifahında geniş üfüqlər açır. Beynəlxalq aləmdə ən etibarlı tərəfdaş adını qazanmış ölkəmizin vazkeçilməz coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu, enerji və nəqliyyat sahəsində həyata keçirilmiş beynəlxalq səviyyəli layihələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün də yeni imkanlar və perspektivlər yaradıb. Bir sözlə kürəsəl sülh və əməkdaşlıq üçün çox böyük töhfələr verəcək bu uğurlu layihələr həm də güclü və davamlı siyasi dialoq mühitinin yaranmasını zəruri edib. Yekun olaraq, qürurla deyə bilərik ki, bu gün prezident İlham Əliyevin liderliyi ilə regionumuzun həlledici və kilid ölkəsi olan Azərbaycan nəinki, Avropa, hətta dünya üçün böyük əhəmiyyətə malik ölkədir”.
Nuranə Daxilqızı


jpg-1665379968.jpg)












