• Bakı 21° C

    13.82 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə təlimi üçün yola düşüb - FOTOLAR

GÜNDƏM

14 Iyun 2025 | 18:46

Azərbaycan HDQ-nin gəmiləri Xəzri-2025 birgə təlimi üçün yola düşüb - FOTOLAR

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.


SON XƏBƏRLƏR

14 Iyun 2025