• Bakı 12° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Azərbaycan ikitərəfli müzakirələrin vacibliyini vurğulayır - Deputat

SİYASƏT

01 Aprel 2025 | 11:17

Azərbaycan ikitərəfli müzakirələrin vacibliyini vurğulayır - Deputat

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib.

N.Səfərovun sözlərinə görə, Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez dərk edib reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması təmin edilə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR