FIFA son 10 ilin (2011-20) transfer hesabatını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu müddətdə Azərbaycan klubları 582 beynəlxalq transfer gerçəkləşdirib.
Təmsilçilərimiz bu oyunçu keçidlərinə 12,9 milyon dollar xərcləyib.
Ümumi transfer sayı isə 840-a bərabər olub. Bütün bu transferlərə ümumilikdə 13,7 milyon dollar xərclənib.
Siyahıya İngiltərə başçılıq edir. Futbolun yaradıcıları 6470 beynəlxalq transferə 12 milyard 417,6 milyon dollar xərcləyib.(oxu.az)
















