• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanın şahmat yığması Rusiyaya uduzub

İDMAN

28 Sentyabr 2021 | 19:22

Azərbaycanın şahmat yığması Rusiyaya uduzub

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.

Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.

Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026