• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir

İDMAN

27 Oktyabr 2021 | 18:06

"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir

Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay millisində karyerasını bitirəcəyi vaxt bəlli olub.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını sonlandıracaq.

Təcrübəli oyunçu sıx qrafiklə əlaqədar ailəsinə vaxt ayıra bilməməsi ucbatından bu addımı atır.

Qeyd edək ki, Fernando Muslera 2009-cu ildən Uruqvay millisinin formasını geyinir. O, komandanın heyətində 129 qarşılaşmada meydanda olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026