• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

AMADA-dan qlobal müstəvidə antidopinq siyasətinə TÖHFƏ

İDMAN

25 Noyabr 2021 | 16:35

AMADA-dan qlobal müstəvidə antidopinq siyasətinə TÖHFƏ

Azərbaycanın Milli Antidopinq Agentliyinin Direktoru və Avropa Şurasında gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi xüsusi olaraq əhəmiyyətli layihə kimi Nazirlər Komitəsi tərəfindən dəstəklənib.

AMADA-nın direktoru Şəfəq Hüseynlinin layihəsi artıq Avropa Şurasının Nazirlər Komitəsinin gündəliyinə daxil olunub. 

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın Milli Antidopinq Agentliyinin Direktoru və Avropa Şurasında gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi xüsusi olaraq əhəmiyyətli layihə kimi Nazirlər Komitəsi tərəfindən dəstəklənib.

Bu, noyabrın 24-də Avropa Şurasının Nazirlər Komitəsinin 1418-ci iclası zamanı Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 2022-2025-ci illər üzrə əsasnaməsinin təsdiq edilməsi zamanı qərarlaşdırılıb. Belə ki, yeni əsasnaməyə əsasən BMT-nin dayanıqlı inkişaf məqsədlərindən biri olan gender bərabərliyi üzrə ciddi addımlar atılmalıdır.
Bunu nəzərə alaraq, Ş.Hüseynlinin artıq başladığı gender bərabərliyi üzrə layihəsi ayrıca olaraq bu istiqamətdə görüləcək işlər kimi Nazirlər Komitəsi tərəfindən təsdiq edilib.

Ramid İbrahimov


AMADA-dan qlobal müstəvidə antidopinq siyasətinə TÖHFƏ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026