• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rafael Ağayev karyerası ilə bağlı qərarını açıqladı

İDMAN

24 Dekabr 2021 | 18:13 | Müəllif: Subhan Mahmudov

Rafael Ağayev karyerası ilə bağlı qərarını açıqladı

Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev karyerasını davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a idmançının özü deyib.

“Qərara gəlmişəm ki, bundan sonra Avropa, dünya çempionatı, Avropa Oyunlarında və karate olarsa, İslamiadada iştirak edim. Reytinqdə ilk “32-lik”də yerimi saxlamaq üçün il ərzində keçirilən Premyer Liqa yarışlarından bəzisində də iştirak edə bilərəm”.

O bildirib ki, artıq karatenin biznes yönümlü növündə iştirak etməyə hazırlaşır:

“Yanvarın 5-dək “Combat Karate” ilə müqavilə bağlamalıyam. Müqaviləm 3 illik olacaq. Artıq bunun üçün MMA və boks məşqlərinə başlamışam”.

Qeyd edək ki, bu il Fuceyrə (BƏƏ), Rabat (Mərakeş), Lissabon (Portuqaliya), Bakı (Azərbaycan) və Moskvada (Rusiya) Premyer Liqa yarışları keçiriləcək. Bakıdakı yarış 4-6 sentyabr tarixlərində baş tutacaq. Bu il həmçinin Türkiyənin Qaziantep şəhərində Avropa çempionatı (11-15 may) və Konyada V İslam Həmrəylik Oyunları (9-18 avqust) kimi mötəbər turnirlər təşkil olunacaq. Avropa Oyunları isə 2023-cü ildə Polşanın Krakuf şəhərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026