"Real"ın müdafiəçisi Marselo İspaniya kubokunun 1/8 final mərhələsinin "Elçe" ilə oyunundan (2:1) sonra üç matçlıq cəzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, braziliyalı futbolçu sözügedən görüşdə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunu, görüşdən sonra hakimi tənqid etdiyinə görə daha iki matç buraxacaq.
Beləliklə, müdafiəçi İspaniya kubokunun 1/4 final mərhələsinin "Atletik"lə oyununda iştirak edə bilməyəcək və "kral klubu" turnirdə mübarizəni davam etdirsə, yarımfinal qarşılaşmalarında oynamayacaq.
















