Futbol üzrə Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib.
Bakıvaxt.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında paytaxtın digər təmsilçisi “Lokomotiva” ilə qarşılaşıb. Zaqreblilər bu oyundan qolsuz ayrılıblar - 0:0.
Mahir oyunu sonadək ehtiyat oyunçular skamyasında izləməli olub.
















