"Bazel" baş məşqçisi Patrik Rahmeni istefaya göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İsveçrə təmsilçisinin rəhbərliyi komandanın qeyri-qənaətbəxş nəticələri səbəbindən mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Onun köməkçisi Boris Smilyaniç könüllü istefa ərizəsi təqdim edib.
Gilyermo Abaskal mövsümün sonuna qədər baş məşqçinin səlahiyyətlərini icra edəcək .
Xatırladaq ki, "Bazel" İsveçrə çempionatında bu mövsüm 22 matçda 40 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Bazel" Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Ağdam klubu Bakıdakı ilk oyunda qolsuz heç-heçə etsə də, səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olub.(qol.az)






jpg-1648018906.webp)









