• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şəhriyar Məmmədyarov liderliyini davam etdirir

İDMAN

22 Yanvar 2022 | 22:15 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov liderliyini davam etdirir

Yanvarın 22-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.

Qeyd edək ki, yeddi turdan sonra Ş.Məmmədyarov 4,5 xalla liderdir. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ikinci pilləni tutur.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir.

Turnirdə 14 şahmatçı iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026