• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Fənərbağça" keçmiş baş məşqçisi ilə danışıqlara başlayıb

İDMAN

25 Dekabr 2021 | 01:24 | Müəllif: Qalib İbrahimoğlu

"Fənərbağça" keçmiş baş məşqçisi ilə danışıqlara başlayıb

Türkiyənin "Fənərbağça" klubu Almaniya milli komandasının sabiq baş məşqçisi Yoahim Löv ilə danışıqlara başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikolo Skira açıqlama verib. O, 61 yaşlı mütəxəssisə 2024-cü ilədək müqavilə təklif olunduğunu yazıb. Hələlik qarşı tərəf təklifə cavab verməyib.

Qeyd edək ki, Yoahim Löv 1998- 1999-cu illərdə də "Fənərbağça"nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisini 2014-cü ildə dünya çempionu edib. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026