"Transfermarkt" portalı İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərinin yeni siyahısını hazırlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Mançester Yunayted"in yayda "Yuventus"dan aldığı Kriştiano Ronaldonun dəyəri azalıb. 36 yaşlı hücumçunun transfer qiməti 45 milyon avrodan 35 milyon avroya enib.
Qeyd edək ki, Ronaldo avqustun 31-də "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb.
Əlavə edək ki, Ronaldo Premyer Liqada 13 matçda 7, Çempionıar Liqasının qrup mərhələsində isə 5 oyunda 6 qol vurub. (Qol.az)
















