• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Barselona” yenə uduzdu - VİDEO

İDMAN

27 Oktyabr 2021 | 23:21 | Müəllif: Subhan Mahmudov

“Barselona” yenə uduzdu - VİDEO

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

“Barselona” səfərdə “Rayo Valyekano”nun qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Matçın 72-ci dəqiqəsində Memfis Depay penalti zərbəsindən yararlana bilməyib. 

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Rayo Valyekano” 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, “Barselona” ötən tur El Klasikoda “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026