• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xavi Ernandes "Barselona"nın baş məşqçisi ola bilər

İDMAN

28 Oktyabr 2021 | 09:17

Xavi Ernandes "Barselona"nın baş məşqçisi ola bilər

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xari Ernandes Kataloniya təmsilçisinin baş məşqçisi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano tvitterdə yazıb.

Onun sözlərinə görə, 41 yaşlı mütəxəssis Ronald Kumanın istefasından sonra bu postda əsas namizəd olub. Klub rəhbərliyi artıq Xavi ilə əlaqə də saxlayıb.

Bundan əlavə, Belçika millisinin baş məşqçisi Roberto Martines də namizədlər arasındadır.

Qeyd edək ki, Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026