• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Messi, Neymar və Mbappeni necə dayandıracağımızı bilmirəm"

İDMAN

28 Sentyabr 2021 | 00:24 | Müəllif: Subhan Mahmudov

"Messi, Neymar və Mbappeni necə dayandıracağımızı bilmirəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə keçirəcəkləri matç haqqında danışıb. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Paris təmsilçisinin hücum xəttində oynayan Neymar, Lionel Messi və Kilian Mbappeni xüsusi fərqləndirib. 

"Mən Mbappe, Neymar və Messini necə dayandıracağımızı bilmirəm. Bunu tam səmimi qəlbdən söyləyirəm. İllər ərzində PSJ  görkəmli futbolçuları və məşqçiləri qazanıb. Onlar Fransa çempionatında, kuboklarda və həmçinin Avropada uğur əldə etdilər. PSJ ilə oyunun nə qədər çətin olacağını bilirik. Amma eyni zamanda məqsədimizə çatmağa çalışacağıq". 

Qeyd edək ki, sabah keçiriləcək PSJ - "Mançester Siti" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026