• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

İDMAN

28 Noyabr 2023 | 09:20

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” "Göygöl"ün, "Səbail" isə "Şəfa"nın müqavimətini qırmağa çalışacaq. Qalib komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

28 noyabr (çərşənbə axşamı)

13:30. “Karvan” – “Difai Ağsu”
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu (canlı, “CBC Sport”)

13:30. “Araz Saatlı” – “İrəvan”
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. MOİK – “Cəbrayıl”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu (canlı, “AzPFL”)

15:00. “Şəfa” – “Səbail”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASCO Arena” (canlı, “AzPFL”)

17:00. “Turan Tovuz” – “Göygöl”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu (canlı, “CBC Sport”)

Qeyd edək ki, II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.


SON XƏBƏRLƏR

21 Fevral 2024