• Bakı 14° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Fatih Terim bu ölkədə baş məşqçi ola bilər

İDMAN

26 Dekabr 2023 | 15:31 | Müəllif: Qalib İbrahimoğlu

Fatih Terim bu ölkədə baş məşqçi ola bilər

Türkiyə futbolunun ən uğurlu məşqçilərindən sayılan Fatih Terimlə bağlı flaş iddia irəli sürülüb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fatih Terimin karyerasını xaricdə davam etdirə biləcəyi və Yunanıstandan ona təklif gəldiyi iddia edilib.

Məlumata görə, "Panatinaikos"un baş məşqçisi Fatih Terimi heyətinə qatmaq üzrədir.

Təcrübəli çalışdırıcının "Panatinaikos"la müqavilə imzalamaq üçün sabah Yunanıstana gedəcəyi deyilir.

Qeyd edək ki, F.Terim sonuncu dəfə 2017-2022-ci illər arasında "Qalatasaray"da çalışıb. 70 yaşlı çalışdırıcı 2022-ci ilin yanvarında "Sarı-qırmızı" klubdan ayrıldıqdan sonra heç bir komanda ilə müqavilə imzalamayıb və 2 ilə yaxın karyerasına fasilə verib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026