• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

 Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb

İDMAN

27 Dekabr 2023 | 11:57

Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb.

Bakıvaxtı.az-ın Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, İdarə Heyətinin qərarına əsasən rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığmanın çalışdırıcısı təyin olunub.

O, uzun müddət Rusiya yığmasında işləyib, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Yay Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.

Sərdar Həsənov isə qadınlardan ibarət millinin baş məşqçisi olacaq. Ona Əfqan Bayramov kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026