• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

AFFA bu klubu cərimələdi

İDMAN

25 Yanvar 2024 | 18:53 | Müəllif: Subhan Mahmudov

AFFA bu klubu cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3000 manat cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz təmsilçisinin "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub.

Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə 1 oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.

İntizam Komitəsi "Səbail" və "Sumqayıt"a 700 manat cərimə yazıb. Paytaxt klubunun 4 oyunçusu "Zirə" (0:0) ilə matçda, "gənclik şəhəri" təmsilçisinin eyni sayda üzvü "Qəbələ" (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026