• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Qəbələ"nin baş məşqçisi istefa verdi

 

İDMAN

24 Fevral 2024 | 12:10

Qəbələnin baş məşqçisi istefa verdi 

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

 

SON XƏBƏRLƏR

26 Iyul 2024