• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşmədi

İDMAN

24 Fevral 2024 | 17:05

Turan Tovuz - Neftçi oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbərverir ki, günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 72-ci dəqiqədə paytaxt klubunun heyətində Yeqor Boqomolski fərqlənib. 88-ci dəqiqədə Fərid Nəbiyev bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "ağ-qaralar" ikinci sıradakı "Sumqayıt"a çatıb. Bölgə klubu hazırda 31 xalla 5-8-ci yerləri bölüşdürür.

Günün digər görüşündə "Səbail" "Sabah"ı qəbul edəcək.

Qeyd edək ki, XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda "Kəpəz" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 

SON XƏBƏRLƏR

26 Iyul 2024