• Bakı 15° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycan manatının dövretmə sürəti azalıb

İQTİSADİYYAT

05 Aprel 2025 | 12:03

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,23 bənd təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,22 bənd az, ötən il martın 1-nə nisbətən isə 0,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


SON XƏBƏRLƏR