• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Azərbaycan nefti BAHALAŞIR

İQTİSADİYYAT

13 Aprel 2021 | 12:24

Azərbaycan nefti BAHALAŞIR

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 62,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026