• Bakı 19° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Azərbaycan növbəti dəfə dünyaya nümunə oldu - Nadir Azəri

WUF13

22 May 2026 | 16:17

Azərbaycan növbəti dəfə dünyaya nümunə oldu - Nadir Azəri

Beynəlxalq Şəhərsalma Forumu bu gün öz işini uğurla başa vurub. Digər mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycan bu forumun da təşkilatçılığı ilə dünyaya növbəti dəfə yüksək standartlar və nümunə nümayiş etdirib.

Bu fikirləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri  Bakıvaxtı.az-a forumun yekunlarını şərh edərkən bildirib.

Müsahibimiz qeyd edib ki, tədbirin logistika və təşkilati məsələlərindən tutmuş, proqramın məzmununa qədər hər bir detal ən yüksək səviyyədə düşünülüb:

“Nəqliyyat təminatından, avtobusların hərəkətindən tutmuş, könüllülərin fəaliyyətinə, QHT sektorunda keçirilən panellərə və xarici dövlətlərin bu tədbirə göstərdiyi böyük marağa qədər – bütün bunları vahid bir paket halında dəyərləndirsək, Azərbaycanın bənzərsiz bir təşkilatçılıq nümunəsi ortaya qoyduğunu görərik. Ölkəmizin qazandığı bu zəngin təcrübə, gələcəkdə bu foruma ev sahibliyi edəcək digər dövlətlər üçün əlçatmaz bir meyar və mühüm bir hədəf rolunu oynayacaq. Bakı platforması qlobal şəhərsalma dialoquna tamamilə yeni və daha dinamik bir nəfəs gətirdi”.

Nadir Azəri, əməkdar jurnalist

Baş tutan bu mötəbər forumun həm də ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiq etdiyini vurğulayan Əməkdar Jurnalist, Azərbaycanın artıq qlobal miqyasda böyük təcrübəyə sahib olduğunu diqqətə çatdırıb:

"Bu forum bizə bir daha sübut etdi ki, Azərbaycan artıq nəinki öz daxilində, hətta ehtiyac yaranarsa, dünyanın digər ölkələrində də bu cür irimiqyaslı və beynəlxalq səviyyəli tədbirləri yüksək peşəkarlıqla təşkil etmək imkanına və potensialına malik olan bir dövlətdir. Paytaxtımız artıq sadəcə qlobal müzakirələrin mərkəzi deyil, həm də mühüm beynəlxalq qərarların qəbul edildiyi nüfuzlu bir məkana çevrilib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR