• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Azərbaycan öz ərazilərində antiterror fəaliyyətini istənilən an..."  

CƏMİYYƏT

17 Avqust 2023 | 15:41

"Azərbaycan öz ərazilərində antiterror fəaliyyətini istənilən an..."

“Ermənistan sülh müqaviləsindən yayınmaq üçün müxtəlif təxribatlar və şantaj kampaniyaları həyata keçirir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputat Cavid Osmanov bildirib.

O qyd edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu: “Azərbaycan növbəti dəfə diplomatik qələbə qazandı. Dünya bir daha gördü ki, bölgədə sülhün və inkişafın tərəfdarı Azərbaycandır. Ermənistanda isə bölgədə gərginliyin qalmasında, sülh müqaviləsinin imzalanmamasında maraqlıdır. Azərbaycanın haqlı və ədalətli tələbləri dəyərləndirilir. Ermənistan və havadarları növbəti dəfə öz hədəflərinə çata bilmədilər. 

Ermənistan və seperatçı rejim Azərbaycanla özlərini müqayisə etməsinlər və tələblər irəli sürməsinlər. Azərbaycan istənilən an öz ərazilərində antiterror fəaliyyətini həyata keçirə bilər. Güclü və qalib olan tərəf kimi Azərbaycan bölgədə sülh və əmin-amanlığın olmasını istəyir. Bu Ermənistan üçün son şansdır”.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026