• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qarabağda işləyən əcnəbilərlə bağlı Yeni Qərar

CƏMİYYƏT

16 Sentyabr 2023 | 13:22

Qarabağda işləyən əcnəbilərlə bağlı Yeni Qərar

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabineti 14 mart 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq. Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026